Əlaqə Arxiv
news Image
2019.07.28
20:20
| A A A
Ağstafada maşın dərəyə aşıb, yaralılar var

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Dağ Kəsəmən kəndi ilə hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb.

Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz