Əlaqə Arxiv
news Image
2019.07.31
15:15
| A A A
Qayıtmazov evə qayıtmayıb - Polis onu 3 ildir, tapa bilmir - FOTO

Qusar rayonunda itkin düşən gənc 3 ildir tapılmır.

Movqe.az bildirir ki, bu barədə bakupost-a itkin düşən 13.06.1992-ci il təvəllüdlü oğlu Qayıtmazov Zaur Marif oğlunun valideynləri məlumat veriblər. Bildiriblər ki, övladları 23.07.2016-cı il tarixdə saat 9 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Məsələ ilə bağlı polisə müraciət etsələr də, bu günə kimi heç bir nəticə əldə olunmayıb. 

Qusar Rayon Polis Şöbəsindən bakupost-a bildirilib ki, itkin düşən şəxsin axtarışı ilə bağlı aparılan işlər hələlik heç bir nəticə verməyib: "03.07.2019-cu il tarixdə Qusar şəhəri Piroğlanov küçəsi ev 107 ünvanında yaşayan 27.02.1961-ci il təvəllüdlü Qayıtmazova Aminat Ramazanovna ərizə ilə Qusar RPŞ-nə müraciət edərək bildirib ki, 13.06.1992-ci il təvəllüdlü oğlu Qayıtmazov Zaur Marif oğlu sonuncu dəfə 23.07.2016-cı il tarixdə saat 9 radələrində yaşadığı evdən naməlum istiqamətə gedərək xəbərsiz itkin düşüb.

Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, itkin düşmüş Zaur Qayıtmazovun yerini müəyyənləşdirmək mümkün olmayıb.

Qayıtmazov Zaur Marif oğlu evdən çıxanda əynində göy rəngdə köynək və cins şalvar, qara rəngdə boğazlı ayaqqabı olub. Onun əlamətləi isə bunlardır: boyu 172 sm, orta bədən quruluşlu, uzunsov sifət, burnu düz, saçları qara, gözlərinin rəngi isə qonurdur.

"Polis haqqında" Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq itkin düşən Qayıtmazov Zaur Marif oğlunun olduğu yeri bilənlərdən DİN-nin "102" xidmətinə, Qusar RPŞ-nin (02338) 5-28-03, 5-28-35, 5-43-19, (050) 320-25-89 nömrəli telefonlarına məlumat vermələri xahiş olunur".

Sizin Reklam Yeriniz