Əlaqə Arxiv
news Image
2013.05.23
11:32
| A A A
Bakıda Qeyrəti öldürdülər
Gənc bıçaqla qətlə yetirilib Ötən gün axşam saatlarında Bakının Xəzər rayonunda qanlı cinayət olub. Rayon Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, cinayət Türkan qəsəbəsində baş verib.

Belə ki, 26 yaşlı Elşən Rövşən oğlu Sadıqov 22 yaşlı Qeyrət Mahir oğlu Ağabalayevi qətlə yetirib. O özündən 4 yaş kişik tanışına 10-a yaxın bıçaq zərbəsi vurub. Qeyrət Ağabalayev ağır yaralanıb. Onu xəstəxanaya apararkən yolda ölüb.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə,öldürülən Qeyrət Ağabalayev təzəcə evlənibmiş. Cinayətin şəxsi münasibətlər zəmninda törədildiyi bildirilir.

Faktla əlaqədar cinayət işi açılıb.
Sizin Reklam Yeriniz