Ötən gün Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə saat 16:00 radələrində rayonun Şahməmməd kəndi ərazisində qeydə alınıb. Tərtər rayonundan Gəncəyə gedən minik avtomobilinin yolda digər maşınla toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə cəlb olunan Təcili Tibbi Yardım briqası ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, onlar Rusiya vətəndaşı - 1964-cü il təvəllüdlü Məcnunbəyova Dinara Çingiz qızı sol bud sümüyünün sınığı, döş qəfəsinin küt travması, sürücü - 1972-ci il təvəllüdlü Niftəliyev Talış döş qəfəsinin küt travması və 2 aylıq körpə Cəfərli Məryəm Orxan qızı başından yüngül travma alıb.