Əlaqə Arxiv
news Image
2013.05.31
11:24
| A A A
Şəmkir rayonunda 3 intihar hadisəsi baş verib

Şəmkir Rayon Prokurorluğundan Mövqe.az-a verilən məlumata görə, hadisə İrmaşlı kəndində qeydə alınıb. 1951-ci il təvəllüdlü Hikmət Cahangir oğlu Nağıyev özünü asaraq intihar edib.

 

Digər hadisə isə Dəllər qəsəbəsində baş verib. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Ceyhun Saleh oğlu Abbasov özünü asıb.

 

Başqa bir hadisə isə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Aynur Nizami qızı Dilmanlı  özünü asaraq intihar edib.

 

Hər üç  faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz