Əlaqə Arxiv
news Image
2019.11.01
16:36
| A A A
Balakəndə ölümə səbəb olan sürücünün məhkəməsi başlayır

Balakəndə bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azər Qandayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilib.

Hakim Hümbət Səlimovun icraatında olan iş üzrə hazırlıq iclası noyabrın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Balakən-Qazma avtomobil yolunda baş verib. Bedağar kənd sakini, 1985-ci il təvəllüdlü Azər Əlihacı oğlu Qandayevin idarə etdiyi minik avtomobili Qazma kənd sakini Yusif Hacıyevin idarə etdiyi minik avtomobili ilə toqquşub.

Qəza zamanı A.Qandayev, digər sürücü Yusif Hacıyevin anası, 1964-cü il təvəllüdlü Əmanət Qurban qızı Hacıyeva, gəlinləri, 1993-cü il təvəllüdlü Türkanə Sultan qızı Hacıyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Ə.Hacıyeva əməliyyat edildikdən bir qədər sonra xəstəxananın Reanimasiya şöbəsində vəfat edib.

A.Qandayevə Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Sizin Reklam Yeriniz