Əlaqə Arxiv
news Image
2019.11.01
16:50
| A A A
İrandan narkotik keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanıldı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı özünü şübhəli apardığına görə saxlanılılıb və şifahi sorğu sual olunub.

Dövlət Gömrük Komitəsindən Mövqe.az-a verilən məlumata görə, O, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı isə onun üzərində olan cins şalvarının bel hissəsindən 1 bükümdə, ümumi çəkisi 2 qram olan qəhvəyi rəngli, narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz