Əlaqə Arxiv
news Image
2019.11.15
12:59
| A A A
Yevlaxda 2000 manatlıq ev əşyaları oğurlayan şəxs saxlanılıb

Yevlaxda silsilə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mövqe.az-a bildirilib ki, noyabr ayında bir qrup rayon sakini Yevlax Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq işlər görülüb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 3 evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Alim Abdullayev saxlanılıb. 

Araşdırmalarla onun evlərdən 2000 manata yaxın ev əşyaları, ev quşları və nəğd pul oğurladığı müəyyən olunub. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Yevlax RPŞ-də cinayəti işi başlanılıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz