Əlaqə Arxiv
news Image
2013.06.07
17:10
| A A A
Təcavüzkarı diri-diri basdırdılar

Movqe.Az xəbər verir ki, Bolivyada kəndlilər 17 yaşlı şübhəli təcavüzkarı diri-diri basdırdılar. Hadisə ilə əlaqədar təxminən 200 nəfər nəzarətə alınıb. Bolivyada 35 yaşındakı bir qadına təcavüz edərək öldürdüyü iddia edilən 17 yaşındakı gənc, kəndlilər tərəfindən canlı basdırılıb. Potosi Prokuroru Joze Luis Barrios, polisin Leandra Arias Janko adlı qadına təcavüz edərək öldürüldüyünü düşündüyü 17 yaşındakı Santos Ramosun ölkənin cənubundakı Colquechaca bölgəsindəki Quechua sakinləri tərəfindən canlı basdırıldığını söyləyib. Barrios, paytaxt La Paza 333 kilometr uzaqlıqdakı bölgədə yaşanan hadisədə kəndlilərin yolu bağlayaraq polisin girməsini maneə törətdiyini qeyd edərək, hadisələ əlaqədar 200 nəfərin nəzarətə alındığını bildirib.


Sizin Reklam Yeriniz