Əlaqə Arxiv
news Image
2013.06.11
14:38
| A A A
Bakıda ticarət mərkəzindən külli miqdarda qızıl oğurlanıb

Bakı Şəhər Baş Polis İdarəsindən Mövqe.az-a verilən məlumata görə, Bakı şəhər sakini Əlizadə Cabbarova məxsus, Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən "Ağ Saray" ticarət mərkəzində qızıl məmulatlarının satışı mağazasından qapını sındırma yolu ilə içərisində 70 min manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Xəzər Rayon Polis İdarəsinin  Cinayət Axtarış Şöbəsinin  və 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Binə qəsəbə sakinləri Həsən Əhmədov, Seymur Sovqatov və Yaşar Hacıyev tutulub.

Sizin Reklam Yeriniz