Əlaqə Arxiv
news Image
2013.06.15
19:24
| A A A
Lənkəranda ata qızını qətlə yetirib

Mövqe.az-ın məlumatına görə, hadisə iyunun 15-də günorta saatlarında şəhərin Dədə Qorqud küçəsi, ev 2, mənzil 5 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yaşayan 1957-ci il təvəllüdlü Ramiz Kazım oğlu Əliyev çoxsaylı bıçaq zərbələri ilə qızı, 1987-ci il təvəllüdlü Xəyalə Əliyevanı qətlə yetirib. İlkin versiya kimi qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. R.Əliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz