Əlaqə Arxiv
news Image
2020.04.08
11:05
| A A A
Bakıda köhnə hamamdan 41 yaşlı kişinin meyiti tapıldı

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən "Köhnə Hamam" deyilən tikilinin içində kişi meyiti tapılıb.

Trend-in məlumatına görə, araşdırmalar zamanı meyitin Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonova məxsus olduğu müəyyən edilib. Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Sizin Reklam Yeriniz