Əlaqə Arxiv
news Image
2013.07.22
13:13
| A A A
Çimərlikdə kütləvi dava: yaralılar var

Hadisə ilə əlaqədar polis əməliyyata başlayıb

Bu gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Novxanı çimərliyində kütləvi dava olub. Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Novxanıdakı "Laçın" istirahət mərkəzi yaxınlığında bir qrup şəxs arasında yaranmış mübahisə kütləvi davaya səbəb olub. 

Dava zamanı iki nəfər: Əliyev Telman Əzizağa oğlu və Abışov Samir Əsgərxan oğlu bıçaqlanıblar. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda T.Əliyev və S.Abışovu bıçaqlayan şəxs və ya şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Sizin Reklam Yeriniz