Əlaqə Arxiv
news Image
2020.08.04
11:27
| A A A
Prokurorluq Qazaxda kişinin arvadını güllələməsi barədə məlumat yaydı
Avqustun 4-də saat 01 radələrində Qazax rayonu ərazisində 1973-cü il təvəllüdlü Maral Osmanlının güllələnməsi və aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub. Qazax rayon prokurorluğundan Mövqe.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri Ayaz Osmanlının təmizlik işləri apararkən təklülə ov tüfəngini açmaq istəyərkən barmağının tətiyə toxunaraq atəş açılması nəticəsində qarşısında dayanan arvadı Maral Osmanlıya xəsarət yetirərək onu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr yaranıb. Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Sizin Reklam Yeriniz