Əlaqə Arxiv
news Image
2020.08.20
15:52
| A A A
Top mərmisi aşkarlanıb
Mərmi Lökbatandakı yataqxananın həyətində tapılıb

Avqustun 20-də saat 11:20-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin mobil əməliyyat qrupunun, Qaradağ Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssislərinin, rayon polis idarəsinin və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ərazidə 4 saylı yataqxananın həyətinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində praktiki atışlar üçün nəzərdə tutulmuş 122 millimetrlik top mərmisi (VOF-463) aşkarlanıb. Mərmi götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 1500 kvadratmetr əraziyə baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Sizin Reklam Yeriniz