Əlaqə Arxiv
news Image
2020.08.21
14:02
| A A A
Baş Prokurorluq: Ötən il Azərbaycanda 585, bu ilin ilk yarısında 292 intihar olub

Baş Prokurorluq 2019-2020-ci illər ərzində Azərbaycanda baş verən intihar hadisələrinin statistikasını açıqlayıb.

Mövqe-nin məlumatına görə, Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, 2019-cu il ərzində respublika üzrə 585, 2020-ci ilin birinci yarım ili ərzində isə 292 intihar hadisəsi qeydə alınıb: "Respublika ərazisində baş verən özünüöldürmə hadisələri ümumiləşdirilərkən qeydə alınmış rəqəmlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılmış araşdırmalar nəticəsində əldə olunmuş statistik məlumatlarla müqayisəli təlil olunur”.

Sizin Reklam Yeriniz