Əlaqə Arxiv
news Image
2020.08.26
17:45
| A A A
Polis Bakıda küçələrə nəzarəti gücləndirdi
Polis Bakıda küçələrə nəzarəti gücləndirdi

Paytaxtda fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblər, küçə ticarəti, avara və tufeyli həyat tərzi sürən şəxslərin profilakatikası, antisanitariya normalarının tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər keçirilir.

Mövqe.az yazır ki, Bakı şəhər BPİ Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində naryad qrupları təlimatlandırılıb.

 

Qeyd olunan hallarla bağlı, mövcud qayda və tələblərə əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülür.

Sizin Reklam Yeriniz