Əlaqə Arxiv
news Image
2012.05.15
11:55
| A A A
Azərbaycanda muzeydən xeyli qiymətli eksponat oğurlanıb

Bu gecə Kürdəmir rayon Tarix-Diyarşünaslıq Muzeyi naməlum şəxslər tərəfindən talan edilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, gecə saatlarında naməlum şəxs və ya şəxslər muzeyin pəncərəsini sındırmaq yolu ilə binaya soxulub. Muzeydən xeyli miqdarda tunc, orta tunc, dəmir dövrünə aid eksponat oğurlanıb.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, oğurlanmış əşyalar arasında qədim mis qablar üstünlük təşkil edib. Təxminən 40 kq çəkisi olan mis qablar oğurlanıb ki, bu da polisdə oğurluğun metal alverçiləri və onlara yaxın şəxslər tərəfindən edilməsi ehtimallarını artırıb. Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz