Ağdaşda 29 yaşlı gənc bıçaqlanıb
Ağdaşda bıçaqlanma hadisəsi qeydə alınıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, aralarında yaranan mübahisə zəmnində rayon sakini 1991-ci il təvəllüdlü Tural İsrafilovun döş nahiyəsinə və qoluna bıçaq zərbələri vurulub.
Yaralı Ağdaş rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.