Əlaqə Arxiv
news Image
2020.11.11
13:57
| A A A
Bərdədə qadın odlu silahla qətlə yetirildi
Noyabrın 10-da saat 11 radələrində Bərdə rayonu, Mollalı kənd sakini 1981-ci il təvəllüdlü Hacıyeva Sevda İsa qızının odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir. Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1995-ci il təvəllüdlü Mehralıyeva Nərmin Güloğlan qızının birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sevda Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Nərmin Mehralıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Sizin Reklam Yeriniz