Əlaqə Arxiv
news Image
2020.11.27
12:01
| A A A
Daşkəsəndə 24 yaşlı qızın qətli ilə bağlı məhkəmə başlayır
İş üzrə cinayət işinin istintaqı yekunlaşaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun icratına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası dekabrın 10-na təyin olunub. Xatırladaq ki, bu il iyunun 4-də Daşkəsən rayonunun Əhmədli kənd sakini 1996-cı il təvəllüdlü Elgün Abbasova qətlə yetirilib. Qətldən sonra qızın atası Elşah Abbasov hüquq-mühafizə orqanlarına zəng vuraraq qızını qətlə yetirdiyini bildirsə də, daha sonra qızın qardaşı Elvin Abbasov hüquq-mühafizə orqanlarına bacısını qısqanclığa görə məhz özünün öldürdüyünü deyib. Daşkəsən rayon Prokurorlıuğundan isə bildirilib ki, aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Elvin Abbasovun qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Elgün Abbasovanın başına odun parçası vurmaqla onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Sizin Reklam Yeriniz