Bakıda oğru qadınlar həbs olundu
Hər iki qadın ətrafında araşdırmalar aparılır
Bakıda axtarışda olan iki qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Nizami rayon Polis İdarəsi 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Roza Hüseynova tutulub.
Xətai rayon Pois İdarəsinin 36-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elnarə Mikayılova yaxalanıb.
Hər iki qadın ətrafında araşdırmalar aparılır.