Əlaqə Arxiv
news Image
2021.01.28
11:20
| A A A
Bakıda qadını doğrayaraq zibil qutusuna atan QAYINATASI İMİŞ
Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib.
"Report”un məlumatına görə, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır.
İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib.
Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.
Xatırladaq ki, faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
Sizin Reklam Yeriniz