Əlaqə Arxiv
news Image
2021.02.22
16:34
| A A A
Yevlax rayonunda münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndlisini qətlə yetirən şəxs tutulub

Yevlax rayonunda münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndlisini qətlə yetirən şəxs tutulub.

Movqe.az AZƏRTAC-a istinadla bildirir ki, rayonun Qaraoğlan kəndi ərazisində Xəyal Səfərovun odlu silahla qətlə yetirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə bu cinayət əməlini kənd sakini Q.Həsənəliyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə törətməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Həsənəliyev tutulub. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz