Əlaqə Arxiv
news Image
2021.02.23
19:19
| A A A
Bakı aeroportunda qaçaqmalçılığın qarşısı alınıb

DGK-nin Mətbuat və ictimaiyyətlı ılaqılır idarəsindən Movqe.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Belə ki, baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında
Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq  inzibati binaya dəvət olunub.
Yoxlama zamanı vətəndaşa məxsus böyük ölçülü karton qutuda-şəxsi geyim əşyalarının arasındakı qırmızı rəngli çantadan gömrük nəzarətindən gizlədilən 16 ədəd sellofan bükümdə müxtəlif ölçüdə brilliant qaşlar aşkar olunub.
Aşkar olunan brilliant qaşların təxmini ümumi kütləsi 4500 karat (948 qram) təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
 

Sizin Reklam Yeriniz