Əlaqə Arxiv
news Image
2021.02.25
13:00
| A A A
Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxunub

Moskvanın Nikulinski məhkəməsi Ermənistandan olan 7 miqranta 2 il həbs cəzası verib.

Movqe.az-ınTrend-ə istinadən məlumatına görə, Moskvada Azərbaycan restoranına hücum edn Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Argişt, Nareq Petrosyan və Razmiq Sahakyan Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (bir qrup şəxs tərəfindən silah kimi istifadə olunan vasitələrdən istifadə edərək xuliqanlıq) təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkəcəklər.

Xatırladaq ki, ötən ilin iyul ayında Moskvada Bratislava küçəsində yerləşən Azərbaycan restoranına hücum olub.

Sizin Reklam Yeriniz