Əlaqə Arxiv
news Image
2021.03.01
12:49
| A A A
DİN: Ötən gün axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

 

Daxili İşlər Nazirliyi (DİN) fevralın 27-dən martın 1-dək qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

Movqe.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 64 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

Sizin Reklam Yeriniz