Əlaqə Arxiv
news Image
2021.03.02
11:58
| A A A
Şəmkirdə avtomobildən oğurluq edən şəxs saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları avtomobildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıblar.

Movqe.az  AZƏRTAC-a istinadla bildirir ki, aparılan araşdırmalarla Şəmkir rayon sakini İntiqam Yusifovun Bakıya getmək üçün müştəri qismində əyləşdiyi taksinin Kürdəmir rayonunda qısa fasilə zamanı sürücünün olmamasından istifadə edərək avtomobildə olan 57 qram çəkidə müxtəlif növ qızıl-zinət əşyalarını oğurladığı müəyyənləşdirilib.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. İ.Yusifov dindirilərkən törətdiyi oğurluq hadisəsini etiraf edib. O, oğurladığı əşyaları Bakıda satdığını və əldə etdiyi 3 min manatdan çox pulu avtomobil icarəyə götürərək müxtəlif növ əyləncələrə xərclədiyini bildirib.

Faktla bağlı təhqiqat aparılır.

Sizin Reklam Yeriniz