Əlaqə Arxiv
news Image
2021.03.05
13:25
| A A A
Avtomobildə spirtli içkilər aşkarlandı

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markası olmayan sipirtli içkilərin realizə edilməsinin qarşısını alıblar.

DGK Mətbuat və İctimaiyyələ əlaqələr idarəsindən Movqe.az-a verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin Narkotiklərlə mübarizə şöbəsi və Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat tədbiri nəticəsində Ağstafa rayonu ərazisində Azərbaycan Respublikası vətəndaşı idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsində olan spirtli içkiləri şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.

Daha sonra Qərb Ərazi Baş Gömrük İdarəsinin Tovuz gömrük postunda avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsində 1 litr həcmində, ümumilikdə 90 ədəd “Nemiroff Delikat” markalı spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Sizin Reklam Yeriniz