Əlaqə Arxiv
news Image
2021.03.31
12:40
| A A A
Fransada keyfiyyətsiz dezinfektor istehsal edən sahibkar həbs edilib

Fransanın Le Püi şəhərində yerli məhkəmə sanitar normalara cavab verməyən dezinfektor istehsal edən sahibkarı 6 ay müddətinə azadlıqdan məhrum edib.

Movqe.az Trend-ə istinadla bildirir ki, ekspertiza  koronavirusa qarşı nəzərdə tutulan dezinfeksiya gelinin tərkibində kifayət qədər etil spirtinin olmadığını müəyyənləşdirib.

Həmin gellər Fransada koronavirus epidemiyasının birinci dalğasında, ötən ilin yazında satılıb.

Bundan başqa, həmin şəxs 12,5 min avro məbləğində cərimələnib və ona gələcəkdə hər hansı bir şirkət sahibi olmaq qadağan edilib.

Sizin Reklam Yeriniz