Əlaqə Arxiv
news Image
2021.04.24
12:41
| A A A
Masallıda narkotik plantasiyası aşkarlandı

Masallıda çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Masallı rayonunun Yeyənkənd kənd sakini N.Şükürov saxlanılıb.

Onun yaşadığı evin həyətində əkib-becərdiyi 67 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır

Sizin Reklam Yeriniz