Əlaqə Arxiv
news Image
2013.10.02
11:38
| A A A
"İşğal edilən torpaqlar qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır"

Böyük Britaniya Parlamentinin üzvü Bob Bləkman belə deyib.

Siyasət  "Xristian ölkəsi olan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycandakı xristian və yəhudi icmalarının inkişafı üçün hər cür şərait yaradıb". Bunu Böyük Britaniya Parlamentinin üzvü, Hərrou İst əyalətindən seçilmiş deputat, Yerli Özünüidarə və Biznes Komitəsinin üzvü Bob Bləkman Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sorğusunu cavabında deyib. B.Bləkman Cənubi Qafqaz dövlətləri arasında Azərbaycanın tamam fərqli mövqeyə malik olduğunu, bu ölkədə bütün dini etiqadların və etnik azlıqların təşviq edildiyini vurğulayıb. 


Onun sözlərinə görə, bu, ölkənin dünyəvilik prinsiplərinə sadiqliyi yolundan dönməzliyinin bariz göstəricisidir. "Həmin faktı qəbul etmək və alqışlamaq lazımdır. Bundan əlavə, dünya ictimaiyyəti beynəlxalq hüquqa əməl olunması və Azərbaycan torpaqlarının geri qaytarılması üçün daha çox iş görməlidir. Azərbaycan açıq şəkildə nümayiş etdirib ki, bütün dinlərə qarşı, sadəcə, tolerantlıq göstərilmir, eyni zamanda, bu dinlər təşviq olunur".


Deputat bildirib ki, işğal altında olan torpaqlar qeyd-şərtsiz Azərbaycanın nəzarətinə qaytarıla bilər. "Azərbaycan tolerant ölkədir və işğal edilmiş torpaqlar geri qaytarılmalıdır".

Sizin Reklam Yeriniz