Əlaqə Arxiv
news Image
2013.10.02
13:29
| A A A
76 yaşlı qadını maşın vurdu

Yüksək sürətlə hərəkət edən avtomobil qadının dünyasını dəyişməsinə səbəb olub

Yol  Bu gün səhər saat 05:30 radələrində Ağstafa rayonunda avtomaşın yolu kecmək istəyən yaşlı qadını vurub. Ans press-in verdiyi məlumata görə, piyada hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb.


Belə ki, Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 456-cı kilometrliyində rayonun Dağkəsəmən kəndində 76 yaşlı Səadət Ədil qızı Böyukishiyeva evdən cıxıb bazara getmək istəyib. Qadın yolu keçmək istəyərkən yüksək sürətlə hərəkət edən avtomobil qadını vuraraq, yol kənarına atıb. Ətrafda olanlar yaralını rayon xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, qadını vuran avtomaşın ağ rəngdə olub.


Hazırda Sadət Böyukishiyevanı vuraraq, hadisə yerindən yayınan avtomobil və onun sürücüsü axtarılır.


Sizin Reklam Yeriniz