Əlaqə Arxiv
news Image
2013.10.04
17:52
| A A A
Qadını qamçıladılar

Movqe.Az xəbər verir ki, Sudanda şəriət qanunlarını tapdalayaraq qohumu olmayan bir nəfərin avtomobilinə minən qadın yüzlərlə insan qarşısında qamçılanıb. "New York Daily"in Sudanın paytaxtı Hartumda çəkildiyini təxmin etdiyi video görüntülərə görə, qohumu olmayan bir nəfərin avtomobilinə minən Həlimə adlı qadın, yüzlərlə insanın gözləri qarşısında polis tərəfindən qamçılanıb. Görüntülərdə polisin qamçıyla vurduqca yerdə oturan qadının qışqıraraq inlədiyi və davamlı olaraq örtdüyü başını bağlamağa çalışdığı görülür. Bir daha başqasının avtomobilinə minməz dediyi eşidilir. Hartum qubernatoru Əbdürrəhman Əl Hıdır, qadına verilən cəzanın doğru olduğunu bildirərək, yalnız cəzanın səhv bir şəkildə tətbiq olunduğunu söyləyib.


Sizin Reklam Yeriniz