Əlaqə Arxiv
news Image
2013.10.08
17:03
| A A A
Şəmkirdə mülk üstündə qardaş qardaşın qanını tökdü

Şəmkir sakini ata mülkünə görə qardaşını bıçaqlayıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir rayonunun Dəllər-Daşbulaq kənd sakini, 64 yaşlı Niyaz Namazov atasına məxsus mülkün bölgüsü zamanı yaranan mübahisə nəticəsində özündən 11 yaş kiçik qardaşı 53 yaşlı Məhəmmədəli Namazovu bıçaqlayıb.

Döş qəfəsindən 3 bıçaq yarası alan Məhəmmədəli Namazov Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində bıçaqlanma hadisəsini törədən Niyaz Namazov saxlanılıb. İlkin ifadəsini verən zaman Niyaz Namazov qardaşını ona atasına məxsus mülkdən pay vermək istəmədiyi üçün bıçaqladığını etiraf edib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz