Əlaqə Arxiv
news Image
2013.10.17
11:56
| A A A
DİN polisin ölümü ilə nəticələnən silahlı insidentə aydınlıq gətirib

Oktyabrın 16-da saat 08.00 radələrində Qusar şəhərində naməlum şəxs şəhər sakini, valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 min manat pulu qarət yolu ilə ələ keçirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, "İsti iz"lərlə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Edik Rüstəmov müəyyən edilərək saxlanılıb.


Cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün RPŞ əməkdaşları saxlanılan şəxsi şəhər kənarındakı meşə zolağına aparıb, bu zaman orada E.Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıblar.


Sonrakı əməliyyat tədbirləri ilə silahlı hücumun Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədilməsi müəyyən edilib.


Hazırda ağır cinayət törədərək hadisə yerindən qaçmış həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axatarış tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz