Əlaqə Arxiv
news Image
2013.10.21
11:15
| A A A
Zaqatala sakini özünü asıb

Zaqatala rayonunda intihar olub.


Rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Yuxarı Tala kəndində baş verib.

 

Kənd sakini, 1961-ci il təvəllüdlü Hacıyev Ömər Məhərrəm oğlu özünü yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asaraq intihar edib.

 

Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi və Şəki Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olduğu bildirilir.

 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Sizin Reklam Yeriniz