Əlaqə Arxiv
news Image
2013.10.25
13:16
| A A A
12 qızını satan ana tutuldu

Kolumbiyada Marqarita de Hesus Sapata Moreno adlı qadın həbs olunub. 45 yaşlı bu qadın 12 qızının bəkarətini satışa çıxarmaqda suçlanıb.

 

Milli.Az Daily Mail-ə istinadən bildirib ki, 14 övlad anası olan Morenonun dediyinə görə, onu 12 qızının bakirəliyini satmağa vadar edən yeganə səbəb yoxsulluq və səfalətdir.

 

Polisdən verilən məlumata görə, qadın qızlarının bakirəliyini 202 dollara satıb.

Bu məbləği ödəyən kişilər Morenonun 12 qızına təcavüz edərək onları dəfələrlə zorlayıblar.

 

Morenonun qızlarından biri, 16 yaşlı Mariya polisə şikayətlənərək baş verənləri danışıb.

Hamilə Morenonun şikayətindən sonra polis "tacir" ananı tutub. 


Bəkarətinə görə onun anasına 202 dollar ödəyərək qızı zorlamış 51 yaşlı Tito Kornelio Daza da həbs olunub.

Univision bildirir ki, 14 uşaq anası olan Marqarita de Hesus Sapata Moreno 12 qızının hər biri 12 yaşa çatan kimi onların bakirəliyini satmağa başlayıbmış.

 

Daha sonra isə ana qızlarını fahişəliklə məşğul olmağa vadar edib.

Morenonun "satılmamış" 2 uşağı - 11 yaşlı oğlan və 9 yaşlı qız - indi Kolumbiyanın paytaxtı Boqota, sosial sığınacaqdadır.

Polisdən verilən məlumata görə, Sapatanı 10 il həbs gözləyir.

Sizin Reklam Yeriniz