Əlaqə Arxiv
news Image
2013.10.25
14:45
| A A A
Bakıda işgəncəyə məruz qalan qadın xilas edilib

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin polis əməkdaşlarına müqavimət göstərməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Müəyyən olunub ki, həmin şəxs mənzilin qapısını içəri tərəfdən qəsdən bağlayaraq onların mənzilə daxil olmalarına maneçilik törədib.

 

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşlarının mənzilə daxil olmalarına köməklik göstərib. Polisə müqavimət göstərən şəxs zərərsizləşdirilib.

 

Mənzildə olan və saxlanılan şəxsin fiziki təzyiqlərinə məruz qaldığı müşahidə olunan qadın təcili tibbi yardım üçün aidiyyəti üzrə təhvil verilib. 


Sizin Reklam Yeriniz