Əlaqə Arxiv
news Image
2013.10.30
16:14
| A A A
Moskvada 3 azərbaycanlı həbs edilib

Azərbaycanlı şəxslər Moskvada adam oğurluğu ilə məşğul olan etnik qruplaşmanın üzvləri olub

Azərbaycan  Moskvada Azərbaycanlı sahibkarı oğurladıqdan sonra, 3 milyon rubl tələb etməkdə şübhəli bilinən üç azərbaycanlı həbs edilib. Rusiya mətbuatında yayılan xəbərə görə, saxlanılan 3 nəfər azərbaycanlı şəxs, Moskvada adam oğurluğu ilə məşğul olan etnik qruplaşmanın üzvləri olub.


Hadisə oktyabrın 21-də baş verib. Cinayətkarlar Azərbaycan vətəndaşı olan sahibkara hücum ediblər. Tapança ilə onu hədələyərək maşına oturdublar və Kuzminski meşə-parkına aparıblar. Orada ona naməlum adamların iş adamının qətlini sifariş etdiklərini söyləyiblər və 3 milyon rubl tələb ediblər. 


Tələb olunan məbləği tapmaq üçün azad edilən zərərçəkən azərbaycanlı sahibkar Rusiyanın Daxili İşlər Nazirliyinə müraciət edib.

Qeyd edək ki, hadisə oktyabrın 21-də qeydə alınıb.

Sizin Reklam Yeriniz