Əlaqə Arxiv
news Image
2013.10.31
17:29
| A A A
Sumqayıtda pişiklərə qarşı görünməmiş vəhşilik-FOTO

Sumqayıtda görünməmiş vəhşilik barədə məlumatlar yayılıb. "Facebook" və digər sosial şəbəkələrdə yayılmış məlumatlara görə, Sumqayıt şəhəri 9-cu mikrorayonda yaşayan bir nəfər küçə pişiklərini tutaraq, onların başına olmazın müsibətlər açır. Pişiklərin və başqa heyvanların başına oyun gətirən bu adam deyilənə görə, ruhi xəstədir.


Kimliyi məlum olmayan həmin şəxs pişiklərin dərilərini diri-diri soyur. Onların başını, ayaqlarını kəsir. Gözlərini çıxarır.


Həmin şəxsin kimliyi barədə məlum almaq üçün Sumqayıt şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq. Polisdən ANS PRESS-ə bildirdilər ki, bu barədə hələlik onlara rəsmi şikayət, yaxud məlumat verilməyib. Düzdür bu barədə onların əməkdaşları da eşidib. Lakin hələ ki, həmin insana rast gəlinməyib.


Sumqayıt polisindən söz verdilər ki, həmin insanın kimliyi tezliklə araşdırılacaq. Onu tutub lazımı orqana verəcəklər.


Diqqət, 18 yaşından kiçiklərin və əsəbi zəif olanların şəkillərə baxması məsləhət görülmür.


Sizin Reklam Yeriniz