Əlaqə Arxiv
news Image
2013.11.01
13:23
| A A A
Sevgilisi Yeqor Şerbakovun necə öldürüldüyündən danışdı (FOTO, VİDEO)

Qız hüquq-mühafizə orqanları və təhqiqatçılarla birlikdə hadisə yerində olub və qətlin necə törədildiyini göstərib

Moskvada qətlə yetirilən Yeqor Şerbakovun sevgilisi Kseniya Popova istintaqa ifadə verib. ANS PRESS-in "NTV" telekanalına istinadən verdiyi məlumata görə, Kseniya Popova hadisənin necə baş verdiyi barədə məlumat verib. O, hüquq-mühafizə orqanları və təhqiqatçılarla birlikdə hadisə yerində olub və qətlin necə törədildiyini göstərib. 


"İndi hadisə ilə bağlı istintaq gedir. Mən istintaqa Yeqor Şerbakovun necə qətlə yetirildiyi barədə danışmışam. Bu bizim ailənin faciəsidir. Düşünürəm ki. bu bizim yadımızdan uzun müddət çıxmayacaq", - deyə Kseniya Popova müsahibəsində bildirib.


Qeyd edək ki, Kseniya Popova Yeqor Şerbakovun Orxan Zeynalov tərəfindən öldürüldüyünü deyir. Lakin hələlik Orxan Zeynalov ittihamları qəbul etmir. 

Sizin Reklam Yeriniz