Əlaqə Arxiv
news Image
2013.11.06
16:29
| A A A
Dövlətə 53.4 min manat məbləğində ziyan vuran şəxslər tutuldu

Neftçala rayon İcra Hakimiyyəti başçısının Tatarməhlə inzibati ərazi vahidliyi üzrə nümayəndəliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Maliyyə Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılmışdır.


Paş prokurorluğun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, araşdırmalar zamanı sözügedən nümayəndəliyin vəzifəli şəxslərinin 2012-2013-cü illərdə vəfat etmiş şəxslərin adlarının dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək yardım siyahılarına daxil edilərək onların plastik kartlarına vəsait köçürülməsində, vətəndaşların mülkiyyətində və icarələrində olan torpaq sahələri barədə müvafiq təsdiqedici sənədlər olmadığı halda və becərilmiş əkin yerlərinin sahələrinin sənədlərdə süni surətdə şişirtməklə əlavə yardım məbləğlərinin hesablanaraq artıq ödənilməsində və digər qanun pozuntularına yol verilməsi nəticəsində dövlətə 53.4 min manat məbləğində ziyan vurulmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.


Hazırda iş üzrə istintaq davam etdirilir.

Sizin Reklam Yeriniz