Əlaqə Arxiv
news Image
2013.11.13
12:22
| A A A
Mais Qurbanova atəş açan qız saxlanıldıqdan sonra buraxılıb

Rusiya Miqrantlar Federasiyasının vitse-prezidenti Mais Qurbanova atəş açan qız polis tərəfindən saxlanılıb.


"RİA Novosti"nin yaydığı məlmata görə, adı açıqlanmayan 1989-cu il təvəllüdlü qız noyabrın 12-də yerli vaxtla saat 20.00 radələrində Novokosinsk küçəsi, ev 28 ünvanında saxlanıldıqdan sonra başqa yerə getməmək haqqında iltizam alınaraq buraxılıb. Fakt üzrə "xuliqanlıq" maddəsi ilə cinayət işi qaldırılıb.

 

Ümumrusiya Azərbaycan Konqresi Mais Qurbanovla bağlı vəziyyəti nəzarətə götürüb. Bunu APA-ya açıqlamasında ÜAK-ın icraçı direktoru İlqar Hacıyev deyib. M. Qurbanovun milliyyətcə azərbaycanlı olduğunu təsdiqləyən İ. Hacıyev bildirib ki, ÜAK-ın əməkdaşları onunla görüşə gediblər: "Görüşdən sonra Mais Qurbanovla bağlı son durumu açıqlayacağıq".

 

Qeyd edək ki, M. Qurbanova hücum bazar ertəsi, noyabrın 12-də yaşadığı Novokosinsk küçəsində baş verib. Binanın girəcəyində onu dörd nəfər, eləcə də ona atəş açan qız gözləyib. Çiynindən yaralanan M. Qurbanov çoxlu qan itirsə də, yaralının həyatı təhlükədə deyil.

 

Sizin Reklam Yeriniz