Əlaqə Arxiv
news Image
2013.11.18
12:02
| A A A
Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakıda sərnişin avtobusu piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib.

 

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Kürdəxanı-Zabrat avtomobil yolunun Məhəmmədi qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hikmət Rasim oğlu Hüseynovun idarə etdiyi "10-TR-228" dövlət nömrəli 173 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu yolu keçən piyada, 1976-cı il təvəllüdlü Vüqar Teymur oğlu Fərəcovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2(yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb və sürücü saxlanılıb.

Sizin Reklam Yeriniz