Qardaşlar qızı fahişəliyə də məcbur ediblər
Türkiyədə dəhşətli zorlama faktı baş verib. ANS PRESS-in Türkiyə
mətbuatına istinadən verdiyi məlumata görə, iki qardaş 21 yaşlı
bacılarını zorlayıb.
Belə ki, 21 yaşında olan H.B. qardaşları 28 yaşlı A.B və 25 yaşlı
M.B. tərəfindən zorlanıb. Bu azmış kimi, qardaşlar bacılarını pul
qarşılığında başqa insanalrla da yatmağa məcbur ediblər. Onların bu
əməllərindən bezən bacı polisə şikayət edib.
Qeyd edək ki, bacıya təcavüz edən qardaşalrdan biri Qarsın bir
kəndində məscidin axundudur. 21 yaşlı H.B. polisə verdiyi ifadədə
bildirib ki, məhz axund işləyən qardaşı onun bakirəliyini əlindən
alıb. Onu daim zorlayıb. Sonradan isə onu fahişəliyə məcbur
edib.
"İlk təcavüz hadisəsini bacım R-yə danışdım. Heç kimə deməməyimi,
deyəcəyim təqdirdə qardaşımın işdən qovulacağını dedi. Qardaşımın
təcavüzündən hamilə qaldım. Ankaraya apardı, abort olundum. Daha
sonra da kiçik qardaşım M.B. təcavüz etdi. Bundan əlavə,
qardaşlarım məni başqaları ilə də yatmağa məcbur etdilər", - deyə
zorlanan qız polisə ifadə verib.