Əlaqə Arxiv
news Image
2013.11.22
10:15
| A A A
Bakıda avtomobil 62 yaşlı qadını vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi İnşaatçılar prospektində qeydə alınıb. 1993-cü il təvəllüdlü Nihat Mahmudov idarə etdiyi 90-CC-891 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobillə yolu keçən piyada 1951-ci il təvəllüdlü Elmira Hüseynovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır. 


Sizin Reklam Yeriniz