Əlaqə Arxiv
news Image
2013.11.22
13:17
| A A A
Qadınlar 30 illik ev əsarətindən xilas oldular
İngiltərədə 3 qadının 30 il müddətində kölə kimi bir evə bağlanılması hadisəsinin detalları ortaya çıxır. 30 yaşındakı qurbanlardan birinin bütün həyatını əsarət altında keçirdiyi deyib.

İngiltərənin paytaxtı Londonun Lambeth bölgəsində bir evdə , 30 ildir əsarət altında yaşayan 3 qadın polis əməliyyatıyla xilıas edilib. Hadisə ilə əlaqədar 67 yaşında olan bir cütlük nəzarətə alınıb.  Movqe.Az "The Guardian"a istinadən xəbər verir ki, hadisədən sonra şərh edən İngilis polisi Kevin Hayland , qurbanlardan birinin 30 yaşında olduğunu və bütün həyatı boyu əsarət altında yaşadığını təxmin etdiklərini söyləyib. 30 ildir qul kimi yaşayan və gün işığı belə görməyən qadının 1980-ci illərdə doğulduğunu təxmin etdiklərini bildirib. Əsarət altında yaşayan 57 yaşındakı İrlandiyalı qadın , yardım təşkilatını telefonla axtararaq kömək istəyib. " "Charity Freedom Charity " adlı qurumun polisə xəbər verməsindən sonrası əməliyyat reallaşıb. Qonşularda belə heç bir şübhə oyandırmayan evdə , 69 yaşında bir Malayziyalı , 57 yaşında bir İrlandiyalı və 30 yaşında bir İngilis qadın tapılıb. "Charity Freedom Charity " yardım quruluşunun qurucusu Aneeta Premin səyləri nəticəsində xilas edilən qadınların , böyük travma aldıqlarını deyib. Prem , " Qonşuların bu hadisədən xəbərdar olduqlarını təxmin etmirəm. Hadisə normal bir prospektdə normal bir evdə yaşanıb " deyib.

İngilis polisi isə , hadisələ əlaqədar istintaqını davam etdirir. İngilis Daily Mail qəzetinə şərh edən bir qaynaq , polisin daha çox qurban tapa biləcəyini deyərək , "Bu bir şəbəkə işi ola biləPolis , əlaqəli ünvanlarda axtarış edir "deyib.

Sizin Reklam Yeriniz