Əlaqə Arxiv
news Image
2013.11.25
15:05
| A A A
Zaqatalada 4 nəfəri güllələyən şəxsin adı açıqlanıb

Daxili İşlər Nazirliyi Zaqatalada baş verən atışma ilə bağlı məlumat yayıb.


Movqe.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində "VAZ-2107" markalı avtomobili idarə edən naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi "Hyundai" markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb.

 

V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.   

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib.

 

Faktla əlaqədar cinayət işi başlanıb.

 

Polis və prokuroqluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.


Sizin Reklam Yeriniz