Əlaqə Arxiv
news Image
2013.11.29
10:15
| A A A
Gəncə sakini atasını və ögey qardaşını bıçaqlayıb

Gəncədə bıçaqlanma olub.


Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakinləri 70 yaşlı Məcid Zeynalov və oğlu, 20 yaşlı Taleh Zeynalov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Dərhal əməliyyat edilən ata və balanın səhhəti normallaşıb. Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, M.Zeynalovun oğlu, 44 yaşlı İsfəndiyar Zeynalov ailə münaqişəsi zəminində atası və ögey qardaşı ilə dalaşaraq onlara müxtəlif bədən xəsarətləri yetirib. Faktla bağlı araşdırma aparılır.     

Sizin Reklam Yeriniz